Minatəmizləmə Agentliyi "Maşın və avadanlıqların satın alınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Bakinity Distribution" olub. Şirkətlə 1 milyon 099 min manat məbləğində müqavilə imzlanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də Elektron Hökumətin İnkişafı Mərkəzinin 48 min 998 manat dəyərindəki ““Şəbəkə təhlükəsizliyi avadanlıqları üçün lisenziya və dəstək xidməti”-nin satın alınması” (31.05.2022) tenderini qazanıb.