Azərbaycan Respublikasının Prezidentinin Təhlükəsizlik Xidməti Milli Qvardiya iki böyük tenderi yekunlaşdırıb.
Füzulidə tibbi qurum 6 milyonluq tenderi bu şirkətə - HƏVALƏ ETDİ
FED.az xəbər verir ki, birinci tenderdə təsərrüfat, təmizlik və digər malların alınması üzrə qalib "TNA Group" MMC olub. Qalib şirkətlə bağlanmış müqavilənin dəyəri 13 191 102 AZN təşkil edib.
Qeyd edək ki, "TNA Group" MMC 2021-ci ildə yaradılıb və nizamnamə kapitalı 20 AZN-dir. Şirkətin qanuni təmsilçisi Sənan Tahirli Eldəniz oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev, ev.26, m.364-dür.
İkinci tenderdə isə maşın və avadanlıqların alınması üzrə qalib "Tech Print AZ" MMC seçilib və müqavilənin dəyəri 9 213 794 AZN təşkil edib.
Qeyd edək ki, "Tech Print AZ" MMC 2023-cü ildə yaradılıb və nizamnamə kapitalı 10 AZN-dir. Şirkətin qanuni təmsilçisi Bacixanım Rüstəmova Seyidağa qızıdır. Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov, ev.12-dir.
Beləliklə, Prezidentin Təhlükəsizlik Xidməti Milli Qvardiya tenderlərinin yekun dəyəri 22 404 896 AZN təşkil edib.













