Milli Arxiv İdarəsi “Baş Mühafizə İdarəsinin hissələri tərəfindən Əmlakın mühafizəsi haqqında” 2 tenderə yekun vurub.
FED.az xəbər verir ki, tenderlərinin qalibləri Yasamal rayon Mühafizə İdarəsi və Binəqədi rayon Mühafizə İdarəsi olub.
Müvafiq olaraq hər bir qaliblə ayrı-ayrılıqda 217 414 manat dəyərində müqavilələr imzalanıb.