Milli Arxiv İdarəsi 9 milyon manatlıq tenderin nəticələrini açıqlayıb
FED.az xəbər verir ki, tender “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nın maliyyə təminatı ilə bağlı "Dövlət Arxivi Sumqayıt filialı üçün arxiv binasının tikintisi işləri”nin satın alınması” ilə bağlıdır.
Tenderin qalibi "Koneks Construction" MMC (VÖEN: 3103278031) olub. Tenderin dəyəri 9 242 698 manatdır.
Qeyd edək ki, "Koneks Construction" MMC bundan əvvəl 1 nömrəli Bakı Tibb Kolleci tərəfindən elan edilmiş 8 174 manat dəyərindəki “Abadlıq işlərinin satın alınması” tenderinin də qalibi seçilib (23.12.2022).
Şirkət 2021-ci ildən indiyədək 76 satınalmaq müqaviləsi imzalayıb.
Xatırladaq ki, "Konek Construction" MMC 27.11.2019-cu ildə dövlət qeydiyyatına alınıb.Nizamnamə kapitalı 10 manatdır. Qanuni təmsliçisi Mehdi Fərzəliyev Məhəmmədəli oğludur. Hüquqi ünvanı Az1108, Bakı Şəhəri Binəqədi Rayonu, Səttar Bəhlulzadə, Ev 39, M. 202-də yerləşir.