“MİDA” MMC Hünər İnşaat Firması və Conco QSC ilə 14 milyon manatlıq müqavilə bağlayıb.
Eləcə də bax: Məcburi köçkünlərin məskunlaşdığı binaları - BU ŞİRKƏT TƏMİR EDƏCƏK
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Hünər İnşaat Firması ilə bağlanmış müqavilədə 7, 8 və 9 nömrəli 9 mərtəbəli 1 bloklu yaşayış binalarının və 1 mərtəbəli qeyri-yaşayış binasının tikintisi nəzərdə tutulur. Müqavilənin dəyəri isə 6 806 445 manatdır.
Conco QSC ilə bağlanmış müqavilədə isə 4, 5 və 6 nömrəli 9 mərtəbəli 1 bloklu yaşayış binalarının və 1 mərtəbəli qeyri-yaşayış binasının tikintisi nəzərdə tutulur. Müqavilənin məbləği isə 6 645 194 manatdır.
Bu binalar Sumqayıt şəhəri, M.Hüseynzadə adına şəhər stadionunun şimal-şərqində 2,0 ha torpaq sahəsində tikilir.