Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsiində olan Müəssisələr Müdriyyəti Bakı şəhəri, İmişli və Beyləqan rayonlarında məcburi köçkünlərin məskunlaşdığı binalarda təmir işləri üzrə tenderin qalibini açıqlayıb.
FED.az xəbər verir ki, 197577 manatlıq tenderin qalibi "TEXNOMAKS" MMC olub.
Qeyd edək ki, tenderlə yararsız şifer dam örtüyünün sökülməsi, yararsız tavanın sökülməsi, yararsız taxta döşəmənin sökülməsi, fasad divarlarında yararsız suvağın sökülməsi, inşaat tulantılarının maşınla 15 km məsafəyə daşınması, taxta şəbəkənin düzəldilməsi və s. işlər görüləcək.