Ərazi Tikinti - Planlaşdırma Mərkəzi "Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri"nin satın alınması üçün keçirdiyi tenderi yekunlaşdırıb.
Eləcə də bax: Gəncədə İdman Sarayının tikintisinə daha 15 milyon manat - XƏRCLƏNƏCƏK
FED.az xəbər verir ki, tenderin qalibi "İnşaat Servis - 2" şirkətidir.
Ərazi Tikinti -Planlaşdırma Mərkəzi qalib şirkət ilə məbləği 3 milyon 500 min manat olan müqavilə imzalayıb. (Marja)