Mənzil İnşaatı Dövlət Agentliyi “Mənzil İnşaatı Dövlət Agentliyinin 2022-ci il üzrə MHBS-yə (Maliyyə Hesabatlarının Beynəlxalq Standartları) uyğun maliyyə hesabatlarına dair müstəqil auditin aparılması xidməti” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderlərin qalibi “NEXİA EA” QSC seçilib. Şirkətlə 26 min 550 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkətlə bundan əvvəl Dövlət Sosial Müdafiə Fondunun 348 min 243.71 manat dəyərindəki “Dövlət Sosial Müdafiə Fondunun(qurumları) Aparat və struktur bölmələri üçün 2021-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatlarının auditinin keçirilməsi xidmətinin satın alınması” tenderi üzrə müqavilə bağlanılıb (03.06.2022) .