"Azərkosmos” agentliyi “Beynəlxalq Standartlara (IFRS) uyğun tərtib edilmiş maliyyə hesabatlarının beynəlxalq audit standartlarına uyğun auditinin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi xidmətlərinin satın alınması” tenderinə yekun vurub.
FED.az xəbər verir ki, tenderin qalibi "Baker Tilly Audit Azərbaycan” QSC olub. Şirkətlə 79 min 296 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də Sahibkarlığın İnkişafı Fondunun 47 min 200 manat məbləğində “2022-ci il üzrə maliyyə hesabatlarının kənar auditi xidmətlərinin satnalınması” tenderinin qalibi seçilib (14.11.2022).