"MİDA" MMC Gəncə şəhərində, Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə inşa olunan yaşayış kompleksində mənzillər üçün kombilərin, su və elektrik sayğaclarının satın alınmas üçün elan etdiyi tenderlərin qaliblərini açıqlayıb.
Eləcə də bax: İcra hakimiyyətinin 4,2 milyon manatlıq tenderini - BU ŞİRKƏT UDDU
FED.az xəbər verir ki, tenderləri "RF İnşaat" MMC, "İnteqral" QSC və "Bakelektro" ASC qazanıb. “MİDA” 3 şirkətə ümumilikdə 1 milyon 417 min 873 min manat xərcləyib.
Şirkətlərələ bağlanmış müqavilələr aşağıdakı kimidir:
"RF İnşaat" MMC – 258 min 503 manat
996 ədəd smart kart tipli-D20 su sayğaclarının alınıb quraşdırılması və istismara verilməsi.
"İnteqral" QSC – 756 min 14 manat
996 ədəd kombilərin (24 kW) alınıb quraşdırılması.
"Bakelektro" ASC – 403 min 356 manat
996 ədəd smart kart tipli – 1 fazalı elektrik enerjisi sayğaclarının alınıb quraşdırılması və istismara verilməsi.