"MİDA" MMC Şirvan şəhərində çox mənzilli yaşayış binalarının tikilməsi ilə bağlı tenderləri yekunlaşdırıb.
FED.az xəbər veir ki, Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən 8,11 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 1, 2, 3 və 4 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi "DDlar İnşaat QSC, Araz İnşaatçı MMC" konsorsiumuna (VÖEN: 1502371581) həvalə edilib.
Həmin şirkətlərlə 13 milyon 582 min 337 manat məbləğində müqavilə imzalanıb.
Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən 8,11 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 20, 21, 22, 23, 24 və 25 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisini "HN Construction QSC" (1304302851) həyata keçirəcək.Həmin şirkətlə 20 milyon 925 min 122 manat məbləğində müqavilə imzalanıb.
Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən 8,11 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 16, 17, 18 və 19 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi isə Yar İnşaat Təmir-Tikinti MMC, DDlar İnşaat QSC konsorsiumuna (VÖEN: 1504833771) həvalə edilib.
Həmin şirkətlərlə 13 milyon 602 min 415 manatlıq müqavilə imzalanıb.
Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən 8,11 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 13, 14, 15 nömrəli çoxmənzilli yaşayış binalarının və 80 yerlik uşaq bağçasının tikintisi Amal Group MMC (VÖEN: 1305578581) tərəfindən aparılacaq. Həmin şirkətə 12 milyon 418 min 246 manat ödəniləcək.
Şirkvan şəhərində ümumilikdə 17 yaşayış binasının tikintisinə 60 milyon 528 min 120 manat xərclənəcək.