"MİDA" MMC təkliflər sorğusu elan edir.
FED.az xəbər verir ki, sorğuda “Güzəştli mənzil” sisteminin, eyni zamanda “AzInTelecom” MMC-nin Yevlax şəhərində Əlçatanlıq Zonasında istifadəyə verilmiş Data Mərkəzində ehtiyat sistemin fasiləsiz və dayanıqlı işinin təmin edilməsi üçün 24/7 xidmətlərinin göstərilməsi işlərinin satınalınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 500 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1701953921
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 31.
Müsabiqənin başlama tarixi və vaxtı: 20.10.2023 17:30
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 06.11.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 07.11.2023 15:00
Hesab nömrəsi: AZ18AIIB38030019440029636102
Bankın adı: Kapital Bank ASC, Mərkəz filialı.
Bankın kodu: 200026
Müxbir hesab: AZ37NABZ01350100000000001944
Bankın VÖEN-i: 9900003611
Swift kodu: AIIBAZ2X
Çatdırılma yeri - Bakı şəhəri, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 31
Çatdırılma şərtləri - DDP
Çatdırılma müddəti - 12 ay
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Malgöndərənin (podratçının) hüquqi statusunu təsdiq edən sənədlərin (nizamnamə, dövlət reyestrindən çıxarış, vergi şəhadətnaməsi, rekvizitləri) notarial qaydada təsdiq edilmiş surəti
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Malgöndərənin (podratçı) son 1 (bir) ildəki (bu müddətdən az fəaliyyət göstərirsə fəaliyyət dövrü ərzindəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş rəsmi arayış
2022-ci ilin yekunu üzrə maliyyə hesabatı (mənfəət bəyannaməsi)
Təkliflər sorğusu üzrə tender təklifinin təminatı
Malgöndərənin (podratçı) kadr imkanları haqqında məlumat (əmək müqavilələrinin e-gov çıxarışları).
İxtisas göstəriciləri:
Son 3 (üç) il ərzində podratçının dövlət satınalmalarında iştirakı, yerinə yetirdiyi analoji müqavilələr haqqında məlumat;
Malgöndərən (podratçı) “Fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmətlərin göstərilməsi”nə dair müvafiq lisenziyaya malik olmalıdır
Malgöndərən (podratçı) 24/7 xidmətlərinin göstərilməsi imkanlarına malik olmalıdır
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Mahmudova Nərmin Hüseynağa qızı, Baş mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: (+99412) 594-54-01, daxili 252
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Müsabiqə proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar müsabiqədə iştirak etmək üçün göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) müəyyən edilən tələblərə uyğun təqdim etməlidirlər. Təklif və bank təminatı möhürlənmiş ikiqat zərfdə təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təkliflərin açılışı zamanı iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
"Güzəştli mənzil" sisteminin dayanıqlı və fasiləsiz iş rejimində fəaliyyətini təmin etmək məqsədilə 24/7 texniki dəstək xidmətinin göstərilməsi |
Adına uyğun |
12 |
ay |
2 |
"Güzəştli mənzil" sisteminin dayanıqlı və fasiləsiz iş rejimində fəaliyyətini təmin etmək məqsədilə 24/7 texniki dəstək xidmətinin göstərilməsi |
Adına uyğun |
12 |
ay |
3 |
"Güzəştli mənzil" sisteminin dayanıqlı və fasiləsiz iş rejimində fəaliyyətini təmin etmək məqsədilə 24/7 texniki dəstək xidmətinin göstərilməsi |
Adına uyğun |
12 |
ay |
4 |
GMS-in ehtiyat mərkəzində fəaliyyətinə 24/7 texniki dəstək xidməti |
Adına uyğun |
12 |
ay |
5 |
GMS-in ehtiyat mərkəzində fəaliyyətinə 24/7 texniki dəstək xidməti |
Adına uyğun |
12 |
ay |