Lənkəran Rayon Mərkəzi Xəstəxanası mətbəə məhsullarının satınalınması ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 150 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 2600164831
Satınalan təşkilatın ünvanı: Lənkəran şəhəri, Nizami küçəsi 63
Müsabiqənin başlama tarixi və vaxtı: 25.06.2023 19:33
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 21.07.2023 14:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 31.07.2023 14:00
Zərflərin açılış tarixi və vaxtı: 01.08.2023 14:00
Çatdırılma yeri - Lənkəran şəhəri, Nizami küçəsi 67.
Çatdırılma müddəti - 03.09.2023
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi (dəyişiklik olubsa dəyişikliklər ilə birlikdə)
İddiaçının dövlət qeydiyyatı haqqında şəhadətnaməsi
İddiaçının dövlət reyestrindən verilmiş çıxarışı (dəyişiklik olubsa dəyişikliklər ilə birlikdə) - Vergi orqanı tərəfindən Reyestrdən verilmiş çıxarışın tarixinin 2023-cü il ərzində olması zəruridir
İddiaçının son 1 (bir) ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) bank dövriyyəsi haqqında arayış
Bank rekvizitləri
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti
İxtisas göstəriciləri:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından alınmış arayış
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
İddiaçının (hüquqi şəxsin və ya fərdi sahibkarın) Vergi cinayətləri ilə bağlı müvafiq Vergi orqanından əldə edilmiş arayış
İddiaçının satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması barədə təsdiqedici sənəd
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, habelə müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış
İddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanının, habelə ödəmə qabiliyyətinin olması
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən sahibkarlıq subyektinə dair cari tarixə (2022-ci ilin bölgüsü üzrə 2023-cü ildə alınmış) qüvvədə olan arayış
“Baş təchizatçı kimi təqdim etdiyi analoji xüsusiyyətli, həcmli mallar, xidmətlər və davam etdirilən layihələr” - Analoji sahələr üzrə fəaliyyətinin olması və yaxud davam etməsi vacib hesab edilir. Qiymətləndirmə üçün malgöndərən tərəfindən təqdim ediləcək ixtisas göstəriciləri ilə bağlı sənədlərin formalarına uyğun “İxtisas göstəriciləri” forması (tenderin əsas şərtlər toplusu: III Hissə: Bölmə - IX. “analoji xüsusiyyətli, həcmli mallar və davam etdirilən layihələr” barədə məlumat)
Texniki imkanlar və əsas vəsaitləri barədə məlumat” meyarları üzrə - Bu meyar üzrə iddiaçının bütün texniki imkanları (avadanlıq, fəaliyyət sahəsi, iş yeri, istehsal sahəsi və s.) və əsas vəsaitləri (dövriyyəsi, aktivləri, müvafiq sahə üzrə mütəxəssislərin sayı və s.) təqdim edlməlidir. Qiymətləndirmə üçün malgöndərən tərəfindən təqdim ediləcək ixtisas göstəriciləri ilə bağlı sənədlərin formalarına dair “İxtisas göstəriciləri” forması (tenderin əsas şərtlər toplusu: III Hissə: Bölmə - IX: “Texniki imkanlar və əsas vəsaitləri” barədə məlumat)
İşçi qüvvəsi haqqında arayış
İdarəetmə səriştəsi və etibarlığının olması
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - İlqar Əsədullayev, Satınalma şöbəsinin müdiri
Email: [email protected]
Əlaqə telefonu: 051-561 84 58