Əsaslı Tikinti və Təchizat tədbir və digər proqramlarda istifadə olunacaq tərcümə xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 150 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1703544251
Satınalan təşkilatın ünvanı: Müsabiqənin başlama tarixi və vaxtı: 24.06.2023 09:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 19.07.2023 12:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 27.07.2023 12:00
Zərflərin açılış tarixi və vaxtı: 28.07.2023 12:00
Müqavilə üzrə ödəmə malgöndərənin (podratçının) təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılacaqdır.
Çatdırılma yeri - Bakı və regionlar
Çatdırılma müddəti - ilin sonuna qədər
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (vergi bəyannaməsi)
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;
Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış
İddiaçının Nizamnaməsi
Qeydiyyatdan keçdiyi ölkə
İddiaçının Rekvizitləri
İddiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd
Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
Tenderdə iştirak etmək üçün ərizə
Tenderdə iştirak haqqının ödənilməsi barədə sənəd
Müqavilənin icrasında iştirak edəcək tərcüməçilərin ən azı 5 illik oxşar iş təcrübəsinə malik olmalıdır və diplomu,cv-ləri,sertifikatları ilə birlikdə təsdiq edici sənədləri təqdim edilməlidir.
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Hamil İsmayılov, Satınalmaların təşkili və idarə olunması şöbəsi - baş mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: (012)5650147 (392)
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Sinxron tərcümə |
Azərbaycan dilindən Rus dilinə -Tam gün (Bakı ərazisində) |
1 |
nəfər |
2 |
Sinxron tərcümə |
Azərbaycan dilindən İngilis dilinə - Tam gün (Bakı ərazisində) |
1 |
nəfər |
3 |
Sinxron tərcümə |
Azərbaycan dilindən Fransız dilinə - Yarım gün (Bakı ərazisində) |
1 |
nəfər |
4 |
Ardıcıl tərcümə |
Azərbaycan dilindən İngilis dilinə - Yarım gün (Bakı ərazisində) |
1 |
nəfər |
5 |
Ardıcıl tərcümə |
Azərbaycan dilindən Fransız dilinə - Yarım gün (Bakı ərazisində) |
1 |
nəfər |
6 |
Yazılı tərcümə |
Azərbaycan dilindən İngilis dilinə - 1 səhifə: Şrift - Arial 12, A4 (Sağ 1 sm, Sol 2.5 sm, yuxarı 2 sm, aşağı 2 sm). Təklif səhifə üçün nəzərdə tutulmalıdır (1 ədəd-1 səhifə). |
2.000 |
ədəd |
7 |
Yazılı tərcümə |
İngilis dilindən Azərbaycan dilinə - 1 səhifə: Şrift - Arial 12, A4 (Sağ 1 sm, Sol 2.5 sm, yuxarı 2 sm, aşağı 2 sm). Təklif səhifə üçün nəzərdə tutulmalıdır (1 ədəd-1 səhifə). |
2.000 |
ədəd |
8 |
Yazılı tərcümə |
Azərbaycan dilindən Rus dilinə - 1 səhifə: Şrift - Arial 12, A4 (Sağ 1 sm, Sol 2.5 sm, yuxarı 2 sm, aşağı 2 sm). Təklif səhifə üçün nəzərdə tutulmalıdır (1 ədəd-1 səhifə). |
1.000 |
ədəd |
9 |
Sinxron tərcümə |
Avadanlığa 1 tərcümə kabinəsi daxil 100 nəfərlik qulaqcıq - CCU və CCU2 idarə sistemi, Rəqəmsal və İnfraqırmızı texnologiya. Göstərilən gün sayı il ərzində keçiriləcək tədbirlər üzrə istifadə olunacaq - 1 ədəd |
20 |
gün |
10 |
Əlavə tərcüməçi kabinəsi |
Kiçik və orta konfrans otaqları üçün kabin. Göstərilən gün sayı il ərzində keçiriləcək tədbirlər üzrə istifadə olunacaq - 1 ədəd. Çatdırlma, quraşdırılma, sökülmə, işçilik və.s, xərclər daxil. |
10 |
gün |
11 |
Əlavə tərcüməçi kabinəsi |
Ən yeni ISO-4043 standartına uyğun olmalı. 8 divar paneli, 2 tavan elementi, masa. Daxili işıqlandırması, havalanma ventilyatoru, Göstərilən gün sayı il ərzində keçiriləcək tədbirlər üzrə istifadə olunacaq - 1 ədəd. Çatdırlma, quraşdırılma, sökülmə, işçilik və.s, xərclər daxil. |
10 |
gün |