"Absheron Hotel Group" MMC (VÖEN: 1402589811) nizamnamə kapitalının 14 milyon 250 min manat məbləğdən 12 milyon 850 min manat məbləğə azaldığını elan edir.
FED.az xəbər verir ki, bununla da şirkətin sərmayəsi 1,4 milyon manat azaldılır.
Nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorlar bir ay ərzində öz tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Xəqani Rüstəmov küçəsi, 4C ünvanına bildirə bilərlər.
Məlumat üçün qeyd edək ki, "Absheron Hotel Group" MMC 22.08.2023 tarixində dövlət qeydiyyatına alıb. Qanuni təmsilçisi Mehmet Balcıkdır.