Azərbaycanda 3 şirkət ləğv edilir.
FED.az xəbər verir ki, “Qalf Şirkətlər Qrupu” MMC və ona daxil olan “Qalf Konsaltinq” MMC, “Qalf Akses” MMC ləğv olunduğunu elan edir.
Kreditorlar iki ay ərzində tələblərini AZ1102 Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 31/32 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Qalf Şirkətlər Qrupu” 29.12.2006-cı ildə 40 manat sərmayə ilə yaradılıb. Şirkətin qanuni təmsilçisi Cavid Mirhadiyev Sənan oğludur.
“Qalf Konsaltinq” MMC 14.05.2007-ci ildə 20 manat kapitalla yaradılıb. Qanuni təmsilçisi Murad Qasımov Fərhad oğludur.