“Mərkəzi Neftçilər Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən elan edilmiş tender ləğv edilib.
Dövlət Sərhəd Xidmətinin tenderinde iştirak edəcək 3 şirkət tapılmadı
FED.az xəbər verir ki, sözügedən tender DRAEGER/PRIMUS markalı anesteziya cihazlarının təmiri üçün ehtiyat hissələrinin satın alınması məqsədilə elan edilmişdi. Müsabiqə 10 oktyabr 2025-ci il saat 13:21-də dərc olunmuş, təkliflərin qəbulu və zərflərin açılışı 17 oktyabr 2025-ci il saat 14:00-da planlaşdırılmışdı. Tenderin ehtimal olunan qiyməti 517 419 AZN təşkil edirdi.
Ləğv edilmə səbəbi, kimi satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması göstərilib.