Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən elan edilmiş tender ləğv edilib.
Dövlət qurumunun avtomobil alma planı suya düşdü - TENDERİ NİYƏ LƏĞV EDİLDİ?
FED.az xəbər verir ki, tender “Sərhədçi” İdman Mərkəzində texniki xidmətin göstərilməsi, əsaslı təmir işlərinin aparılması və tələb olunan avadanlıqların alınması və quraşdırılması məqsədilə elan edilmişdi.
Müsabiqə 26 sentyabr 2025-ci il saat 10:20-də dərc olunmuş, təkliflərin qəbulu və zərflərin açılışı 20 oktyabr 2025-ci il saat 10:30-da keçirilməli idi. Layihənin ehtimal olunan qiyməti 70 995 AZN təşkil edirdi.
Ləğv edilmə səbəbi, iştirak edən və tələb olunan lisenziyaya malik təchizatçıların sayının üçdən az olmasıdır (36.1.1-ci maddə).