Azərbaycan Respublikasının Mərkəzi Bankı bu ilin mart ayında daşınmaz əmlak, nəqliyyat vasitələri və ehtiyat hissələrinin qiymətləndirilməsi xidmətinin satın alınması məqsədilə tender elan etmişdi.
Laçında kanat yolunun tikintisi üçün - 20 MİLYONLUQ TENDERLƏR UDULDU
FED.az xəbər verir ki, prosesin başlanğıcından müəyyən texniki və inzibati mərhələlər nəzərdə tutulsa da, müsabiqə yekunlaşmadan nəzarət orqanının qərarı ilə ləğv edilib.
Satınalma proseduruna əsasən, müsabiqə 19 mart 2025-ci il saat 10:30-da elan olunmuşdu. Maraqlı tərəflərin təkliflərini təqdim etməsi üçün son tarix 17 aprel 2025-ci il saat 17:00 olaraq müəyyənləşdirilmişdi. Həmin tarixdə həmçinin təklif zərflərinin açılması mərhələsi də planlaşdırılmışdı.
Əldə olunan məlumata görə, bu satınalmanın ehtimal olunan ümumi dəyəri 23.077,00 AZN təşkil edirdi. Lakin müəyyən edilmiş prosedurlar çərçivəsində aparılan yoxlamaların nəticəsi olaraq müsabiqənin icrası nəzarət orqanı tərəfindən dayandırılıb və tender rəsmi qaydada ləğv olunub.