Mərkəzi Bankın tenderi baş tutmayıb.
FED.az xəbər verir ki, Mərkəzi Bankda İnformasiya təhlükəsizliyinin qiymətləndirilməsi üzrə müdaxilə sınağının keçirilməsi ilə bağlı tender Satınalmalar komissiyasının 24 fevral 2023-cü il tarixli qərarı ilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə müvafiq olaraq baş tutmamış hesab edilib.
Həmin maddəyə əsasən tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.