Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən elan edilmiş tender proseduru ləğv olunub.
Ağdamda yeni binaların tikintisi üçün 9,6 milyon manatlıq - TENDER KEÇİRİLİR
FED.az xəbər verir ki, tender ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri sorğusunun keçirilməsi xidmətinin satın alınması məqsədi daşıyırdı. Satınalmanın ləğv edilmə səbəbi isə maliyyələşdirilmənin dayandırılması olub. Rəsmi açıqlamada qeyd olunub ki, tender “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.1 və 36.1.6-cı maddələrinə əsasən dayandırılıb
Tenderin ehtimal olunan qiyməti 241.278,59 AZN təşkil edirdi. Müsabiqənin dərc edilmə tarixi və vaxtı 03.03.2025 16:22 olaraq qeydə alınmışdı. Maraqlanan iştirakçılar üçün təkliflərin son təqdim olunma tarixi və vaxtı 07.04.2025 17:00 müəyyən edilmişdi. Həmin tarixdə həm də zərflərin açılış mərasimi keçirilməli idi