Mərkəzi Bank "Mərkəzi Bank üçün “Maliyyə aktivlərinin və maliyyə öhdəliklərinin MHBS-9 tələbləri əsasında Metodologiyasının hazırlanması” üzrə xidmətin satın alınması" tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi "Baker Tilly Audit Azərbaycan" şirkəti olub.
Tender müqaviləsinin 109 740 manatdır.
Şirkət bundan əvvəl Azərpambıq Aqrar Sənaye Kompleksinin 106 200 manat dəyərindəki "2019, 2020 və 2021-ci illər üzrə illik, son 36 təqvim ayı üzrə aylıq və rüblük bəyannamələr üzrə vergi əməletməsinin yoxlanılması və yoxlanılan dövr üzrə vergi orqanlarına dəqiqləşmiş bəyannamələrin təqdim edilməsi xidmətinin satın alınması" tenderinin qalibi seçilib.
Qeyd edək ki, Azərbaycan bazarında 14 ildən artıq fəaliyyət göstərən “Baker Tilly Azərbaycan” şirkəti, hal-hazırda ölkənin mühasibatlıq, audit və biznes məsləhət xidmətləri göstərən ilk 5 ən böyük və nüfuzlu məsləhətçi şirkətlərindən biri kimi tanınmaqdadır.
Bundan əlavə olaraq. onu da qeyd edək ki, şirkət 07.11.2005--ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 2 000 manatdır. Qanuni təmsilçisi Şahin Həsənov Əmirxan oğludur. Hüquqi ünvanı Az1022, Bakı Şəhəri Nəsimi Rayonu, Cəlil Məmmədquluzadə, ev 102A-dır.