Mərkəzi Bank növbəti tenderə yekun vurub.
FED.az xəbər verir ki, qalib "B2B Group" MMC (VÖEN: 1005873041) olub.
Şirkətlə 1 247 707 manat məbləğində müqavilə imzalanıb.
Müqavilədə Mərkəzi Bankın inzibati binalarında videomüşahidə sistemlərinin ehtiyat nüsxələrinin yaradılması və videomüşahidə avadanlıqlarının təchizatı və quraşdırılması işlərinin satın alınması nəzərdə tutulur.
Qeyd edək ki, "B2B Group" MMC bundan əvvəl Dövlət İmtahan Mərkəzi ilə 219 999 manat dəyərindəki "Tam modullu kəsintisiz qida mənbəyinin (UPS) satın alınması" tenderi üzrə müqavilə bağlayıb (13.06.2023).