Azərbaycan Respublikası Mərkəzi Bankının yeni inzibati binasının müfəssəl layihələndirilməsi və tikintisi üzrə işlərin satın alınmasına dair təkliflər sorğu üzrə qalib şirkəti açıqladı.
Eləcə də bax: Azərbaycan Mərkəzi Bankının yeni binası tikilir – 250 Milyon Dollara - FOTO
FED.az Banker.az-a istinadən xəbər verir ki, AMB-nin Tender Komissiyası 25 dekabr 2020-ci il tarixli qərarına əsasən Türkiyə Respublikasının “Tekfen Construction and Installation Co., Inc” (Tekfen İnşaat ve Tesisat A.Ş. ) şirkəti qalib elan edib.
Qalib şirkətlə müvafiq satınalma müqaviləsi imzalanmışdır.
Mərkəzi Bank ötən il verdiyi tender elanında bildirmişdi ki, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 109 ünvanda yerləşən yeni ünvanda tikiləcəyini bildirmişdi. Hansı ki, bu prospektə SOCAR, ARDNF, Azersun, ASK Arena stadionu, Atletlər kəndi və s. yeni inşa edilmiş tikililər vardır.
Daha öncə “Tekfen Construction and Installation Co., Inc” müqavilənin təxminən 250 milyon dollar olaraq qiymətləndirildiyi və müqavilənin imzalanmasından sonra yeni bir açıqlama veriləcəyi bildirilmişdir.
Binanın tikinti sahəsi 33 200 m2, ümumi mərtəbə sahəsi 67 926 m2, hündürlüyü 160 metr olacaq.
Yeni binada xəzinə mərkəzi, texniki qurğular və avtodayanacaqdan ibarət zirzəmi məntəqələri, konfrans və təlim obyektləri, kitabxana, restoran, o cümlədən bayır landşaftı ilə birlikdə, ofis sahələri olacaq.