Mərkəzi Bank “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı satınalma predmetləri üzrə açıq tender üsulu ilə elektron satınalma keçirir.
FED.az xəbər verir ki, tender elanları aşağıdakı elanları əhatə edir:
Satınalma predmeti 1: Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binaları üçün müxtəlif tipli kondisionerlərin, fankoil qurğularının və pultlarının, habelə mərkəzi soyutma-isitmə tipli (VRV və ya VRF) sistemin təchizatı və quraşdırılması işlərinin satın alınması;
Satınalma predmeti 2: Azərbaycan Respublikasının Mərkəzi Bankı üçün “Daşınmaz əmlakın qiymətləndirilməsi” üzrə xidmətin satın alınması,
Satınalma predmeti 3: Azərbaycan Respublikasının Mərkəzi Bankında İnformasiya təhlükəsizliyinin qiymətləndirilməsi üzrə müdaxilə sınağının keçirilməsi xidmətinin satın alınması.
2. Tender proseduru 23 fevral 2023-cü il tarixində saat 1500-da Dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az) (bundan sonra – Portal) keçiriləcəkdir.
3. Tenderdə yalnız “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq elektron satınalmalarda iştirakına yol verilən sahibkarlıq subyektləri iştirak edə bilərlər.
4. Maraqlı şəxslər tenderdə iştirak etmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 20 dekabr tarixli 396 nömrəli Qərarı ilə təsdiq edilmiş “Açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak haqqının məbləği, ödənilməsi və ondan istifadə Qaydası”na müvafiq olaraq müəyyən edilmiş aşağıdakı məbləğlərdə iştirak haqqlarını Portal vasitəsilə ödəməklə tenderin Əsas şərtlər toplusunu əldə edə bilərlər:
Satınalma predmeti 1: 150 (bir yüz əlli) manat;
Satınalma predmeti 2: 250 (iki yüz əlli) manat.
Satınalma predmeti 3: 250 (iki yüz əlli) manat.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
5. Tenderdə iştirak etmək üçün iddiaçılar Portal vasitəsilə aşağıdakı sənədləri təqdim etməlidirlər:
- İddiaçının tam adı, nizamnaməsi, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, bank rekvizitləri;
- Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- İddiaçının sahibkarlıq subyektlərinin hansı bölgü kateqoriyasına aid olmasına dair müvafiq dövlət orqanından arayış;
- Azərbaycan dilində tender təklifi (tender təklifi 23 fevral 2023-ci il tarixindən azı 30 (otuz) bank günü müddətində qüvvədə olmalıdır);
- Tender təklifinin qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (tenderin əsas şərtlər toplusuna əlavə edilən bank qarantiyası formasında);
- İddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafıq dövlət orqanından arayış;
- Satınalma prosedurunun başlanmasından əvvəlki 5 (beş) il ərzində iddiaçının özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə müvafiq dövlət orqanından arayış;
- İddiaçının müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyətinin dayandırılmaması barədə müvafiq dövlət orqanından arayış;
- Tenderin əsas şərtlər toplusuna 2 №-li Əlavədə qeyd edilən formaya uyğun olaraq satınalma predmetləri çərçivəsində cəlb ediləcək əməkdaşların peşəkarlığı və maddi-texniki baza barədə məlumat (satınalma predmeti 1 üzrə);
- Tenderin əsas şərtlər toplusuna 3 №-li Əlavədə qeyd edilən formaya uyğun olaraq təqdim edilmiş iş təcrübəsi barədə məlumat (satınalma predmeti 1 və 3 üzrə);
- İddiaçının mərkəzi banklarda aktivlərin qiymətləndirilməsi və auditin keçirilməsi sahəsində iş təcrübəsinə malik olmasını təsdiq edən məlumat (satınalma predmeti 2 üzrə);
- İddiaçının bank və maliyyə sektorunda İnformasiya təhlükəsizliyinin qiymətləndirilməsi üzrə müdaxilə sınağının keçirilməsinə dair görülmüş layihələr haqqında məlumat (satınalma predmeti 3 üzrə);
- İddiaçının Müdaxilə sınağı üzrə ən azı 2 (iki) sertifikatlaşdırılmış mütəxəssisin olmasını təsdiq edən sənədlərin surəti (satınalma predmeti 3 üzrə).
6. İddiaçılar hər bir tender üzrə tender təklifini və tender təklifinin bank qarantiyasını ən geci 22 fevral 2023-cü il saat 1800-a qədər, digər tələb olunan sənədləri isə ən geci 14 fevarl 2023-cü il saat 1500-a qədər Portal vasitəsilə təqdim edə bilərlər.
7. Satınalmaya başlanma vaxtı:
Bütün satınalma predmetləri üzrə: satınalma müqaviləsi imzalandığı tarixndən.
8. Malların təqdim edilməsi və xidmətlərin göstərilməsi (işlərin görülməsi) müddəti:
Satınalma predmeti 1: 60 (altmış) təqvim günü müddətində;
Satınalma predmeti 2: 40 (qırx) təqvim günü müddətində;
Satınalma predmeti 3: 50 (əlli) iş günü müddətində.
9. Qiymətləndirmə meyarları:
Satınalma predmeti 1: qiymət və zəmanət müddəti;
Satınalma predmeti 2 və 3 üzrə: qiymət amili.
İddiaçılar tərəfindən tenderlə bağlı bütün sorğular və onlara dair izahatlar yalnız Portal vasitəsilə verilir.
Tender prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini Portal vasitəsilə müşahidə edə bilər.