Mərkəzi Bank (VÖEN – 9900071001) açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderin predmeti Mərkəzi Bankın konfrans otağı üçün səs və canlı yayım sistemlərinin quraşdırılması xidmətlərinin satın alınmasıdır.
Ehtimal olunan qiymət 70 min 680 manat 58 qəpik təşkil edir.
Müsabiqə 21 noyabr 2025-ci il, saat 14:44-də dərc olunub. Təkliflərin qəbulu 15 dekabr 2025-ci il, saat 17:00-da başa çatır. Zərflərin açılışı da 15 dekabr 2025-ci il, saat 17:00-da keçiriləcək.
İştirak haqqı 141 manat 36 qəpik, istifadə haqqı isə 25 manat müəyyən edilib. Qaydalara əsasən ödənişlər geri qaytarılmır.
Əlaqələndirici şəxs – Könül Əliyeva, aparıcı mütəxəssis
E-poçt: [email protected]
Telefon: +994 12 493 50 58
İddiaçılar təkliflərini 15 dekabr 2025-ci il, saat 17:00-a qədər satınalan təşkilatın ünvanına təqdim edə bilərlər.











