Mərkəzi Bank açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Mərkəzi Bankın inzibati binalarında istismar olunan elektrik avadanlıqlarına texniki xidmətinin satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 150 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 9900071001
Satınalan təşkilatın ünvanı: AZ1014, Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 90
Müsabiqənin başlama tarixi və vaxtı: 25.07.2023 09:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı:16.08.2023 15:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 24.08.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 25.08.2023 15:00
Çatdırılma yeri - Mərkəzi Bankın inzibati binaları
Çatdırılma müddəti - 1 (bir) il
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
İddiaçının tam adı, nizamnaməsi, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, bank rekvizitləri
Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
İddiaçının sahibkarlıq subyektlərinin hansı bölgü kateqoriyasına aid olmasına dair arayış
İddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafıq dövlət orqanından arayış
Satınalma prosedurunun başlanmasından əvvəlki 5 (beş) il ərzində iddiaçının özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə müvafiq dövlət orqanından arayış
İddiaçının müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyətinin dayandırılmaması barədə müvafiq dövlət orqanından arayış
İxtisas göstəriciləri:
İddiaçının satınalma predmeti üzrə iş təcrübəsi və əsas korporativ müştəriləri barədə məlumatlar. Son 2 (iki) il ərzində xidmət göstərilən müştərilərin adları və əlaqə məlumatları
İddiaçının “0,4 – 35 kV gərginlikli elektrik avadanlıqları və onların quraşdırılması” və ya satınalma predmeti üzrə texniki xidmətin göstərilməsi sahəsində ən azı 3 (üç) əməkdaşın aldığı sertifikatın surəti
İddiaçının elektrik mühəndisi və montyoru olan əməkdaşlarının peşələrini təsdiq edən təhsil sənədlərinin surəti
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Əhmədli Günay, Mütəxəssis