Mərkəzi Bank açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Mərkəzi Bankının inzibati binalarında istismar olunan video-müşahidə və kart buraxılış sistemlərinə, server otaqlarının monitorinqi sisteminə, habelə şlaqbaumlara texniki dəstək xidmətinin və bu sistemlər üçün ehtiyat hissələrinin satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştiral haqqı 250 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 9900071001
Satınalan təşkilatın ünvanı: AZ1014, Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 90
Müsabiqənin başlama tarixi və vaxtı: 05.06.2023 09:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 25.06.2023 15:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 10.07.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 11.07.2023 15:00
Çatdırılma yeri - Mərkəzi Bankın inzibati binaları, Naxçıvan MR İdarəsi, Regional və Ehtiyat mərkəzləri.
Çatdırılma müddəti - 1 (bir) il
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
İddiaçının tam adı, nizamnaməsi, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, bank rekvizitləri
Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
İddiaçının sahibkarlıq subyektlərinin hansı bölgü kateqoriyasına aid olmasına dair arayış
İddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafıq dövlət orqanından arayış
Satınalma prosedurunun başlanmasından əvvəlki 5 (beş) il ərzində iddiaçının özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə müvafiq dövlət orqanından arayış
İddiaçının müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyətinin dayandırılmaması barədə müvafiq dövlət orqanından arayış
İddiaçının müvafiq sahə üzrə son 2 (iki) illik iş təcrübəsini əks etdirən məlumatlar (korporativ müştərilərin adı, ünvanı, əlaqə telefonu)
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Günay Əhmədli, Mütəxəssis
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Video-müşahidə sisteminin dəstəklənməsi |
Azərbaycan Respublikasının Mərkəzi Bankının inzibati binalarında istismar olunan video-müşahidə sisteminin dəstəklənməsi |
1 |
il |
2 |
Kart buraxılış sisteminin dəstəklənməsi |
Azərbaycan Respublikasının Mərkəzi Bankının inzibati binalarında istismar olunan Kart buraxılış sisteminin dəstəklənməsi |
1 |
il |
3 |
Şlaqbaumların texniki dəstəklənməsi |
Azərbaycan Respublikasının Mərkəzi Bankının inzibati binalarında istismar olunan Şlaqbaumların texniki dəstəklənməsi |
1 |
il |
4 |
Server otağı avadanlıqlarına dəstəkləmə xidmətinin göstərilməsi |
Azərbaycan Respublikasının Mərkəzi Bankında Server otağı avadanlıqlarına dəstəkləmə xidmətinin göstərilməsi |
1 |
il |
5 |
Ehtiyat hissələri |
Tələbata uyğun ehtiyat hissələri |
1 |
il |