Mərkəzi Bank tenderlərinin qaliblərini açıqlayıb.
Eləcə də bax: İcra hakimiyyətinin 5 böyük tenderini – 2 ŞİRKƏT UDUB
FED.az xəbər verir ki, bankın 9 tenderinin ümumi məbləği 2 milyon 488 min 926 manat olub.
Mərkəzi bank "SİNAM" MMC ilə 1 milyon 249 min 797 manat məbləğində müqavilələr bağlayıb. Həmin müqavilələr aşağıdakılardır:
- Elektron imza üzrə sertifikatlaşma sisteminin proqram platformasının dəstəklənməsi üçün 99 min 946 manat məbləğində;
- Elektron Sənəd Dövriyyəsi Sisteminin təkmilləşdirilməsi üçün 849 min 895 manat məbləğində;
- Elektron Sənəd Dövriyyəsi Sisteminin proqram platformasının dəstəklənməsi üçün 299 min 956 manat məbləğində məbləğində.
Mərkəzi bank "GT SOLYUŞNZ" MMC ilə 1 milyon 46 min 247 manat məbləğində müqavilələr bağlayıb. Həmin müqavilələr aşağıdakılardır:
- Elektron statistik məlumat bazası və analitik hesabatlıq sisteminin proqram platformasının dəstəklənməsi üçün 484 min 980 manat məbləğində;
- Maliyyə savadlığı portalının proqram platformasının dəstəklənməsi üçün 31 min 447 manat məbləğində;
- Menecment informasiya sisteminin proqram platformasının dəstəklənməsi üçün 159 min 890 manat məbləğində;
- Elektron Xidmətlər Portalının proqram platformasının dəstəklənməsi üçün 369 min 930 manat məbləğində.
Mərkəzi Bank həmçinin, “İNFİNİTECH" MMC ilə printer və surətçıxaran aparatlar üçün katriclər və toner tozunun satın alınması üçün 93 min 998 manat, "R.İ.S.K. ELMİ İSTEHSALAT ŞİRKƏTİ" QSC ilə Mərkəzləşdirilmiş Kredit Reyestri Sisteminin proqram platformasının dəstəklənməsi üçün 98 min 884 manat məbləğində müqavilələr bağlayıb.