Mərkəzi Bank dəftərxana və təsərrüfat mallarının alınması ilə bağlı iki tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, hər iki tenderin qalibi "Ofis Plus" MMC (VÖEN: 2005881591) seçilib.
Şirkətlə dəftərxana malları üçün 56 000, təsərrüfat malları üçün 109 885 manat məbləğində müqavilə imzalanıb.
İki tenderin birlikdə dəyəri 165 885 manatdır.