Mərkəzi Bank "Mərkəzi Bank üçün 19 litrlik qablaşdırılmış içməli dispenser suyunun satın alınması" kotiovka sorğusuna yekun vurub.
FED.az xəbər verir ki, qalib "TEO" MMC (VÖEN: 1503984001) olub.
Şirkətlə 15 785 manat məbləğində satınalma müqaviləsi imzalanıb.
"TEO" MMC daha öncə İqtisadiyyat Nazirliyi İçməli suların (19 L) satın alınması tenderi üzrə 1 416 manat məbləğində satınalma müqaviləsi imzalayıb.