Mərkəzi Bank (VÖEN – 9900071001) iki fərqli istiqamət üzrə açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, elan edilən müsabiqələrin ümumi ehtimal olunan qiyməti 197 070 manat təşkil edir. Tenderlərin detalları aşağıdakı kimidir:
IT avadanlıqlarının daşınması və quraşdırılması: Mərkəzi Bank bu istiqamətdə daha əvvəl ləğv edilmiş satınalmanı yenidən elan edib. Müsabiqənin ehtimal olunan qiyməti 128 662 manat, iştirak haqqı isə 250 manat təşkil edir.
İnzibati binalarda istismar olunan texniki sistemlər üçün ehtiyat hissələri: Binalarda istismar olunan su, kanalizasiya, isitmə-soyutma və havalandırma sistemləri üçün ehtiyat hissələrinin satın alınması nəzərdə tutulur. Bu müsabiqənin ehtimal olunan qiyməti 68 408 manat, iştirak haqqı isə 137 manatdır.
Hər iki müsabiqə üzrə təkliflərin son təqdim olunma vaxtı 3 aprel 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək. İstifadə haqqı 25 manat müəyyən edilib.
Əlaqələndirici şəxs: Abdulla Böyükkişiyev - Böyük mütəxəssis
[email protected]
+994 10 239 23 80
İddiaçılar təkliflərini 3 aprel 2026-cı il tarixinə qədər AZ1014, Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 90 ünvanına təqdim edə bilərlər.












