Mərkəzi Bank “Mərkəzi Bankın xəzinə infrastrukturunun fəaliyyətinin təmin edilməsi üçün stolüstü pul emal edən, pul sayan avadanlıqların satın alınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi " Halal P " MMC olub. Şirkətlə 267 min 004 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Mıllı Ensıklopedıyası Elmi Mərkəzinin 18 min 743 manat dəyərindəki “İnformasiya texnologiyaları avadanlıqlarının satın alınması” (18.11.2022) tenderini qazanıb.