Mərkəzi Bank (VÖEN: 9900071001) tibbi sığorta xidmətinin satın alınması üzrə açıq müsabiqə elan edib.
FED.az xəbər verir ki, satınalmanın ehtimal olunan qiyməti 1 milyon 041 min 427,50 manatdır.
Müsabiqənin dərc olunma tarixi 04.09.2025 saat 16:00-dır. Təkliflərin son təqdim olunma tarixi və zərflərin açılış vaxtı 03.10.2025 saat 17:00-a təyin edilib.
Müsabiqədə iştirak haqqı 600 manat, sənədlərlə tanış olmaq üçün istifadə haqqı isə 25 manat müəyyən olunub. Təchizatçılar həm iştirak, həm də istifadə haqqını ödəməlidirlər. İddiaçıların sayı üçdən az olduqda satınalma baş tutmamış sayılır və ödənilmiş məbləğlər geri qaytarılmır.
Satınalma ilə bağlı əlaqələndirici şəxs – böyük mütəxəssis Şəhriyar İmanovdur. Əlaqə üçün email: [email protected], telefon: +994 12 493 50 58.
İddiaçılar təkliflərini 03.10.2025-ə qədər Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 90 ünvanına təqdim edə bilərlər.
№ |
Başlıq |
Açıqlama |
Miqdar |
Ölçü vahidi |
Kod |
1 |
Əməkdaşlar üçün tibbi sığorta xidməti |
Standart paket (minimum 5000 manat) |
957 |
nəfər |
64122102 |
2 |
Əməkdaşlar üçün tibbi sığorta xidməti |
VIP paket (minimum 10000 manat) |
19 |
nəfər |
64122102 |
3 |
Əməkdaşların ailə üzvləri üçün |
Standart paket (minimum 5000 manat) |
654 |
nəfər |
64122102 |
4 |
Əməkdaşların ailə üzvləri üçün |
VIP paket (minimum 10000 manat) |
19 |
nəfər |
64122102 |