Mərkəzi Bank daha bir iri məbləğli tenderə yekun vurub.
FED.az xəbər verir ki, tenderin qalibi "Smartit" MMC (VÖEN: 2003634151) olub.
Şirkətlə 1 milyon 226 min 453 manatlıq müqavilə bağlayıb.
Qeyd edək ki, müqavilədə Mərkəzi Bankda informasiya və kiber təhlükəsizliyinin gücləndirilməsi məqsədi ilə avadanlıqların alınması və quraşdırılaraq fəaliyyətdə olan informasiya sistemlərinə inteqrasiyası nəzərdə tutulur.