Mənzil İnşaatı Dövlət Agentliyi audit xidməti ilə bağlı kotirovka sorğusu elan edir.
FED.az xəbər verir ki, sorğuda Mənzil İnşaatı Dövlət Agentliyinin 2023-cü il üzrə mühasibat uçotunun MHBS-yə (Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına) uyğun maliyyə hesabatlarının və müstəqil auditor rəyinin hazırlanması xidməti nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 100 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1701934661
Satınalan təşkilatın ünvanı: Süleyman Rüstəm 31
Müsabiqənin başlama tarixi və vaxtı: 03.10.2023 17:45
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 17.10.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 18.10.2023 10:00
Çatdırılma yeri - Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 31
Çatdırılma şərtləri - DDP
Çatdırılma müddəti - 30 aprel 2024-cü il tarixinədək
Tender təklifi
Qiymət təklifi:
Qiymət kotirovkasının təsviri
Qiymət kotirovkasının qüvvədə olma müddəti
Satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatı
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Malgöndərənin (podratçının) son 1 (bir) il ərzindəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
Audit xidmətlərinin göstərilməsi üzrə malgöndərənin özünə aid “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən təqdim olunan lisenziyanın surəti
Malgöndərənin (podratçının) son 1 (bir) il ərzindəki maliyyə vəziyyəti haqqında bank arayışı (hesab qalığı göstərilməklə)
Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının 358/1 nömrəli 09.08.2023-cü il tarixli qərarına əsasən Auditorların reytinq cədvəlində (https://www.audit.gov.az/Az/page/1326) yekun reytinq balının 3000-dən yuxarı olmasını əks etdirən məlumatlar təqdim olunmalıdır
Audit prosesinə cəlb olunacaq işçi heyətinin minimum 3 (üç) nümayəndəsinin ACCA və ya CPA kvalifikasiya proqramlarına daxil olan bütün imtahanları uğurla tamamlamış, ACCA və ya CPA-ya üzv olması üzrə göstəricinin olması
Malgöndərənin (podratçı) son 1 (bir) il ərzində dövlət satınalmalarında iştirakı və yerinə yetirdiyi analoji müqavilələr haqqında məlumat təqdim olunmalıdır
Malgöndərənin (podratçı) son 3 (üç) il ərzində dövlət, publik hüquqi şəxslər və özəl müəssisələrdə Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) əsasında rəy verilmiş maliyyə hesabatları üzrə azı 3 (üç) görülmüş iş barədə məlumat təqdim edilməlidir
Azərbaycanda dövlət müəssisələrində MHBS əsasında rəy verilmiş maliyyə hesabatları üzrə sənəd təqdim edilməlidir (azı 1 icra olunmuş iş üzrə nümunə təqdim etməlidir, aktivləri 100 milyon manatdan çox olmaq şərti ilə)
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Rövşən Əsədov, Sektor müdiri
Email: [email protected]
Əlaqə telefonu: (+994 12) 505 65 37/38
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Planlaşdırma prosesi |
Təsdiqedici sənədlərin toplanması Təsdiqedici sənədlərin audit proqramına daxil edilməsi Sənədləşdirilmənin yoxlanılması |
1 |
ədəd |
2 |
Auditin icra olunma prosesi |
Təsdiqedici sənədlərin toplanması Təsdiqedici sənədlərin audit proqramına daxil edilməsi Auditə dair prosedurların icra olunması Maliyyə Hesabatlarının yoxlanılması Sənədləşdirilmənin yoxlanılması |
1 |
ədəd |
3 |
Tamamlanma prosesi |
Sənədləşdirmənin yekun yoxlanılması Audit rəyinin ilkin versiyasının hazırlanması Audit düzəlişlərinin rəhbərliklə müzakirə edilməsi Audit yoxlaması ilə bağlı prosedurların yekunlaşdırılması |
1 |
ədəd |