Medianın İnkişafı Agentliyi "RG GROUP COMPANY" şirkəti ilə satınalma müqaviləsi imzalayıb.
FED.az xəbər verir ki, tenderdə “Media sahəsinin inkişafı prosesində gənclərin fəal iştirakının təmin edilməsi, onların bu sahəyə dair biliklərə yiyələnməsi, həmçinin dövlətçilik ənənələri və vətənpərvərlik ruhunda yetişməsi, sosial məsuliyyət hissinin gücləndirilməsi istiqamətində təşkil ediləcək tədbirlər” çərçivəsində xidmətlərin satınalınması nəzərdə tutulur.
15 fevral 2023-cü il tarixində bağlanılmış müqavilənin dəyəri 142 903 manatdır.