Medianın İnkişafı Agentliyi “Rəqəmsal statistik məlumatların toplanması və təhlili üzrə proqram təminatının satınalınması” tenderinə yekun vurub .
FED.az xəbər verir ki, qalib şirkət "Cyber Point" MMC olub. Şirkətlə 94 min 400 manat məbləğində müqavilə imzalanıb.
Şirkətlə bundan əvvəl MİDA-nın 148 min 680 manat məbləğində“İnfrastrukturun Təhlükəsizlik Əməliyyatları Mərkəzinə qoşulması, mütəmadi monitorinq və kiber insidentlərə cavab xidmətləri” tenderi üzrə müqavilə imzalanıb. (29.07.2022)
Xatırladaq ki, “Şimal Servis” Azərbaycanda 2016-cı ildən fəaliyyət göstərir. Şirkət distribusiya və lizinq xidmətləri də daxil olmaqla geniş çeşiddə məhsul və xidmət spektri təklif edir.