Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti (VÖEN – 1300390531) açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri protalı verir ki, tenderin predmeti Bakı, Sumqayıt şəhərləri və Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində yerləşən fərdi yaşayış evlərinin, mənzillərin və pilləkən qəfəslərinin təmiridir. Ehtimal olunan qiymət 979 min 998 manat 84 qəpik təşkil edir.
Tender 17 dekabr 2025-ci il, saat 18:01-də dərc edilib.
Təkliflərin son təqdim olunma vaxtı 13 yanvar 2026-cı il, saat 12:00, zərflərin açılışı isə həmin tarixdə, saat 12:00-da keçiriləcək.
İştirak haqqı 450 manatdır. Təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.
İstifadə haqqı isə 25 manat təşkil edir. Təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçməklə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.
Əlaqələndirici şəxs: Fariz Abbasov - Sektor müdiri
[email protected]
+994 12 430 15 30
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 13 yanvar 2026-cı il, saat 12:00-a qədər Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 129 ünvanına təqdim edə bilərlər. TENDER ELANI











