Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu açıq tender elan edib.
FED.az xəbər verir ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu asağıdakı tenderləri elan edir.
1. Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində 810 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində abadlıq işləri və yol-küçə şəbəkəsinin tikintisi
2. Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində 810məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində qaz təchizatı
3. Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində 810 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində xarici və sahədaxili elektrik təchizatı şəbəkəsinin tikintisi
4. Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində 810 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində su təchizatı, kanalizasiya və suvarma sisteminin tikintisi
Tenderdə iştirak haqqı: 200 manat(1, 2, 3, 4)
Tender(1,2,3) üzrə iddiaçılar ilkin sənədləri dekabrın 8-i, saat 16:00-a qədər, tender təklifi və bank təminatını isə dekabrın 16-ı, saat 18:00-a qədər dövlət satınalmalarının vahid internet portal vasitəsi ilə təqdim edə bilərlər.
4-ci tender üzrə iddiaçılar ilkin sənədləri dekabrın 09-u, saat 16:00-a qədər, tender təklifi və bank təminatını isə dekabrın 17-ı, saat 18:00-a qədər dövlət satınalmalarının vahid internet portal vasitəsi ilə təqdim edə bilərlər.
Aygün Hüseynova - Satınalma mütəxəssisi
Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Tbilisi prospekti, 57D
Əlaqə: [email protected] +994124318703