Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tenderin qalibini açıqlayıb
Eləcə də bax: Dövlət Vergi Xidməti 821 min manatlıq xüsusi geyim forması alır
FED.az xəbər verir ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Bakı şəhəri Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində 810 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzilli 13 №-li yaşayış binasının tikintisi tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib. Açıq tenderin qalibi “Akkord General Construction” MMC olmuşdur
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu qalib şirkətə 3 milyon 228 min 884 manat ödəyəcək