Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Ağcabədi rayonunun "Taxta Körpü" ərazisində müvəqqəti məskunlaşmış 1500 (I mərhələ - 645) məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan 245 ailəlik Qarakeçdi qəsəbəsində tikinti işləri ilə bağlı tenderlərin qalibləri açıqlanıb.
Eləcə də bax: 256 ailəlik fərdi yaşayış evləri tikiləcək - 15,8 MİLYON MANATLIQ MÜQAVİLƏLƏR BAĞLANIB
FED.az xəbər verir ki,tikiləcək obyektlər məktəb, inzibati bina, həkim məntəqəsi və 245 fərdi yaşayış evi olmaqla ümumilikdə 7 tenderin məbləği 20 milyon 497 min 60 manat olub. Bir fərdi ev üçün ortalama xərc 70 min 630 manat olub. Qalib şirkətlər, tenderlərin adı və müqavilə məbləğləri aşağıdakılardır.
"MİNERA" MMC şirkəti ilə 192 şagird yerlik məktəbin tikintisi üçün 2 milyon 425min manat;
"M.NAZİMOĞLU" MMC şirkəti ilə 48 ədəd fərdi yaşayış evlərinin tikintisi üçün 2 milyon 820 min 548 manat;
"ŞƏMS-95" FİRMASI 41 ədəd fərdi yaşayış evlərinin tikintisi üçün 2 milyon 827 min 389 manat;
"T.T.Ş.-İNŞAAT" MMC şirkəti ilə 49 ədəd fərdi yaşayış evlərinin tikintisi üçün 3 milyon 752 min manat;
“MÜASİR TİKİNTİLƏR” MMC 56 ədəd fərdi yaşayış evlərinin tikintisi üçün 4 milyon 204 min manat;
"RABİTƏİNŞAAT" ASC şirkəti ilə51 ədəd fərdi yaşayış evlərinin tikintisi üçün 3 milyon 700 min 578 manat;
“AZERTİKİNTİ-M” MMC şirkəti inzibati binanın və həkim məntəqəsinin tikintisi üçün 767 min 418 manat məbləğində müqavilə bağlanıb.