Masallı Rayon İcra Hakimiyyəti Masallı şəhər İƏD üzrə İcra Nümayəndəliyi Msasllı rayonunda yolların əsaslı təmiri və abadlıq işlərinə 1,675 milyon manat yönəldəcək.
FED.az xəbər verir ki, «DİRÇƏLİŞ 14» və «VIKTORY CONSTRUCTION GROUP» şirkətləri ilə müvafiq müqavilələr imzalanıb.
«DİRÇƏLİŞ 14» MMC ilə 735,7 min manat dəyərində müqavilə şəhər yollarının əsaslı təmirini, «VIKTORY CONSTRUCTION GROUP» MMC ilə 939 min manat dəyərində müqavilə şəhərin abadlaşdırılması üzrə işlərin icrasını nəzərdə tutur. (İnterfaks-Azərbaycan)