Maliyyə Nazirliyi tenderlərinin qaliblərini açıqlayıb.
FED.az xəbər verir ki, nazirlik 4 müxtəlif tender keçirib. Ümumilikdə tenderin qalibləri ilə 62 min 358 manatlıq müqavilə imzalanıb.
Eləcə də bax:Nazirliyin 900 min manatlıq tenderini – BU ŞİRKƏT UDDU
Belə ki, nazirliyin Maliyyə Nazirliyinin inzibati binasında kavrolit və epoksid döşəmənin təmizlənməsi xidmətinin kotirovka sorğusu üsulu ilə satınalınması keçirdiyi tenderin qalibi “AS servis” MMC olub. Şirkətlə 16467.92 manatlıq müqavilə imzalanıb.
Nazirliyin Maliyyə Nazirliyin inzibati binasında dəhliz və otaqlardakı kavrəlit döşəmənin kimyəvi təmizlənməsi,fasad və görüntülü liftlərin şüşələrinin təmizlənməsi xidmətinin kotirovka sorğusu üsulu ilə satınalınması ilə bağlı keçirdiyi tenderin qalibi “VERTİCAL Service” MMC olub. Şirkətlə 7854.08 manatlıq müqavilə imzalanıb.
Maliyyə Nazirliyinin inzibati binasının girişlərinin çöl divarlarında və daxildə,mərtəbələrin və otaqların giriş divarında yerləşmə indeks lövhələrinin yenilənməsi xidmətinin kotirovka sorğusu üsulu ilə satınalınması ilə bağlı keçirilən tendrin qalibi isə”Cihan reklam” MMC olub və 2849.7 manatlıq müqavilə imzalanıb.
Nazirliyin Aparatının mətbəəsinə,mətbəə sərfiyyatı materiallarının kotirovka sorğusu üsulu ilə satınalınması tenderinin qalibi isə “Halal-P” MMC olub . Şirkətlə 35185.42 manatlıq müqavilə imzalanıb.