Vergilər Nazirliyinin tenderinin nəticələri açıqlanıb.
Eləcə də bax: FHN 3 milyonluq geyim və inventar alır - TENDER
FED.az xəbər verir ki, tenderin qalibi “Maxmedia” MMC şirkəti olub. Nazirlik şirkətlə 914 min 240 manat məbləğində müqavilə bağlayıb.
Tender “Video qrafika, video çarxların hazırlanması, reklamların internetdə yerləşdirilməsi, bukletlərin dizaynı, bukletlərin dizaynına düzəlişlərin edilməsi, tədbirlərin keçirilməsi, açıq havada reklamların yerləşdirilməsi üçün dizayn, təbrik açıqcalarının dizaynı və fərdiləşdirmə işlərinin satın alınması” üzrə keçirilib.