Maliyyə Monitorinqi Xidməti “MMX-nin 2022-ci il üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlara uyğun auditi və müstəqil auditorun rəyi” xidmətinın satın alınması” üzrə kotirovka sorğusu elan edir.
FED.az xəbər verir ki, sorğuda iştirak haqqı 100 manatdır. Müsabiqə yanvar ayının 27-də başlayıb. Təkliflər fevralın 10-dək təqdim edilməlidir. Zərflər fevral ayının 13-də açılacaq.
Satınalan təşkilatın VÖEN-i: 1404364961
Satınalan təşkilatın ünvanı: AZ 1014, Bülbül prospekti 40
Çatdırılma yeri: Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 40
Çatdırılma müddəti: 5 aprel 2023-cü ilə kimi