Dövlət Statistika Komitəsi audit tenderi ilə bağlı kotirovka sorğusuna yekun vurub.
FED.az xəbər verir ki, "ISO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemlərinin sertifikatına malik Dövlət Statistika Komitəsi aparatının və keyfiyyəti idarəetmə sistemlərinin tətbiq edildiyi yerli statistika orqanlarının İSO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemləri üzrə təkrar sertifikatlaşdırılması məqsədilə audit xidmətinin satın alınması" kotirovka sorğunun qalibi "SOCİETE GENERALE DE SURVEİLLANCE AZERİ LTD" MMC (VÖEN: 9900042751) seçilib.
Müqavilənin dəyəri 18 691 manatdır.
Xatırladaq ki, "SGS AZERBAİJAN" MMC 23.04.1993-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 000 ABŞ dolları olan şirkətin qanuni təmsilçisi Seymur Ağayev Şahin oğludur. Hüquqi ünvanı Az1065 Bakı şəhəri, Yasamal rayonu İzmir ev 14-də yerləşir.