“LUKOIL-Azerbaycan” QSC açıq tender elan edib.
FED.az xəbər verir ki, bu şirkətin 19 və 83 saylı yanacaqdoldurma məntəqələrində tikinti-quraşdırma işlərinin sifarişi üzrə 2 mərhələli açıq tenderdir.
İşlərin icra müddəti müqavilənin imzalanma tarixindən etibarən 2 ildir.
Tenderdə iştirak üçün ərizələrin və sənədlərin qəbulu 01.10.2025-ci il saat 18:00-dək davam edəcək. Tenderin birinci mərhələsi 03.10.2025-ci il saat 11:00-da, ikinci mərhələsi isə 06.10.2025-ci il saat 11:00-da Bakı şəhəri, Səbail rayonu, Z.Tağıyev küçəsi 13 ünvanında keçiriləcək.
Müqavilə üzrə hesablaşma yalnız nağdsız ödəniş yolu ilə icraçının bank hesabına həyata keçiriləcək. Tender təkliflərinin qüvvədə olma müddəti 90 təqvim günündən az olmamalıdır. Təkliflər Azərbaycan və ya rus dillərində təqdim edilə bilər.
Tenderdə iştirak üçün ərizə ilə birlikdə mütləq qaydada kvalifikasiya anketi təqdim edilməlidir.
İddiaçıların texniki imkanları və zəruri sənədlər toplusu olmalıdır.
Qeydə alınmış namizədlərin tender təklifləri olan zərflərin açılışında iştirakı məcburidir.
Tenderdə iştirak üçün “ərizə” forması və sənədlərlə bağlı tam məlumat göstərilən telefon və elektron poçt vasitəsilə əldə oluna bilər.
Satınalma ilə bağlı əlaqələndirici şəxs – Rəsul Əliyevdir. Əlaqə üçün telefon: (012) 497-41-99 (daxili 4246), email: [email protected].
İddiaçılar tender təkliflərini 01.10.2025-ə qədər Bakı şəhəri, Səbail rayonu, Z.Tağıyev küçəsi 13 ünvanına təqdim edə bilərlər.