“LUKOIL-Azerbaycan” QSC açıq tender elan edib.
FED.az xəbər verir ki, tender şirkətin 13 saylı yanacaqdoldurma məntəqəsində tikinti-quraşdırma işlərinin sifarişi üzrə 2 mərhələli açıq tenderdir.
İşlərin icra müddəti müqavilənin imzalanma tarixindən etibarən 2 ildir.
Tenderdə iştirak etmək üçün iddiaçılar tender sənədlərini və “İştirak haqqı”nı ödəməlidirlər. Ödəniş yalnız nağdsız yolla, şirkətin bank hesabına edilməlidir.
İştirak haqqı ödənildikdən sonra iddiaçılara tender sənədləri və kvalifikasiya anketləri təqdim ediləcək. İddiaçılar anketləri dolduraraq texniki və maliyyə göstəricilərinə uyğunluqlarını təsdiq etməlidirlər.
İddiaçılar tenderdə iştirak etmək üçün ərizələrini və tələb olunan sənədləri 15 sentyabr 2025-ci il saat 18:00-dək təqdim etməlidirlər. Tender təklifləri isə 22 sentyabr 2025-ci il saat 18:00-dək “LUKOIL-Azerbaycan” QSC-nin Bakı şəhəri, Səbail rayonu, Z.Tağıyev küçəsi 13 ünvanına təqdim olunmalıdır.
Tender təkliflərinin açılışı 24 sentyabr 2025-ci il saat 11:00-da (1-ci mərhələ) və 26 sentyabr 2025-ci il saat 11:00-da (2-ci mərhələ) keçiriləcək.
Tender təkliflərinin qüvvədə qalma müddəti 90 təqvim günündən az olmamalıdır. Tender təklifləri Azərbaycan və rus dillərində təqdim edilə bilər.
Tenderin qalibi təyin edildikdən sonra 20 təqvim günü ərzində qalib ilə müqavilə bağlanacaq və növbəti mərhələlər üzrə işlərin icrasına başlanılacaq.
Əlaqələndirici şəxs: Rəsul Əliyev
Telefon: (012) 497-41-99 (daxili 4246)
E-poçt: [email protected]
İddiaçılar təkliflərini 22 sentyabr 2025-ci il saat 18:00-dək Bakı şəhəri, Səbail rayonu, Z.Tağıyev küçəsi 13 ünvanına təqdim edə bilərlər.