Lənkəran Şəhər İcra Hakimiyyəti bir-birinin ardınca 6 tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tender müqavilələrindən ikisinin qalibi "Uğurlu İnşaat" MMC, ikisinin qalibi "R.V, Yol İnşaat" MMC, digərlərinin qalibi isə müvafiq olaraq "Texnomaks" MMC və "Sky Paradise" MMC seçilib.
"Lənkəran şəhəri ərazisində abadlıq işlərinin satın alınması" tenderi üzrə "Texnomaks" MMC ilə 481 min 519 manat dəyərində
"Lənkəran şəhər və rayon ərazisində yolların təmir işlərinin satınalınması" və "Lənkəran şəhərində yolların təmir işlərinin satın alınması" tenderləri üzrə "Uğurlu İnşaat" MMC ilə, müvafiq olaraq 665 min 076 manat və 112 min 082 manat dəyərində
"Şəhər ərazisində aparılacaq yenidənqurma və təmir-bərpa işlərinin satın alınması" və "Lənkəran şəhər və rayon ərazisində aparılacaq bir sıra quruculuq-bərpa işlərinin satın alınması" tenderləri üzrə "R,V, YOL İnşaat" MMC ilə müvafiq olaraq 269 min 510 manat və 213 min 994 manat dəyərində
"Şəhər və rayon ərazisində aparılacaq bir sıra quruculuq-bərpa işlərinin satın alınması" tenderi üzrə isə "Sky Paradise" MMC ilə 427 min 6213 manat dəyərində müqavilə bağlanılıb.
Bağlanmış müqavilələrin ümumi dəyəri 2 milyon 169 min 802 manatdır.